SeaBay Restaurant

İstirahətinizi "SeaBay" restoranının ləziz mətbəxinə həvalə edin !!!

SeaBay Restaurant


Ağır gərgin iş günündən sonra şəhərin səs-küyündən uzaqlaşıb rahat və zövqlə istirahət etmək istəyirsinizsə, “SeaBay” restoranı bunun üçün ən uyğun yerdir. Qonaqpərvərlik ənənələrinə sadiq olan peşəkar komanda sizin üçün maksimum rahat istirahət təşkil edəcək. Xəzərin sərin mehi, həzin musiqi, canlı ifa sizin ruhunuzu oxşayacaq.

Rahatlığın hökm sürdüyü bu məkanda gözəl süfrə arxasında ünsiyyət qurub dincələ bilərsiniz. “SeaBay” ın təqdim etdiyi milli və dünya mətbəxinin yeməkləri sözün əsl mənasında tərifə layiqdir. Baş aşpazın manqal və kürədə hazırladığı gözəl yeməklər, qutab, kükü və plov çeşidləri, gürzə, düşbərə, ətirli dovğa, ləzzətli kabablar, ət və yeni ovlanmış balıq buğlaması, cız-bız və qovurmanın dadı uzun müddət damağınızdan getməyəcək. Təptəzə ərzaqdan hazırlanan bu təamlar təravətli göyərti və tərəvəzlər, müxtəlif çeşidli dadlı turşularla tamamlanır. Bunlarla bərabər siz dünya mətbəxinin gözəl və unikal menyusunu da dada biləcəksiniz. Kəklikotulu və mixəkli ətirli çaydan içib gözəl desert və zərif mürəbbələrin dadından böyük zövq alacaqsınız.

Burada romantik şam yeməyi, işgüzar görüş keçirməklə bərabər siz ailəniz üçün önəmli günləri - ad günü, nişan, xına gecəsi qeyd edib, banket təşkil edə bilərsiniz.

Uşaqlarınızın əyləncəli istirahət keçirməsi üçün isə xüsusi guşə ayrılıb.

Dəbli launc və pul barda sizə xəfif kokteyldən tutmuş unikal reseptlərlə hazırlanmış içkilər də təqdim olunacaq.

Sual verəcəksiniz ki, bu qeyri-adi məkanda daha nələr təqdim oluna bilər? Siz burada təşkil olunan əyləncəli şou, tanınmış artist və müğənnilərin konsertindən unudulmaz təəssüratlarla ayrılacaqsınız.

“SeaBay” restoranını ən gözəl xüsusiyyətlərindən biri də dadlı, keyfiyyətli mətbəx, canlı musiqi və məkanın dekorunun vəhdət təşkil etməsidir. Məkanın eksteryer və interyeri sizə əsl estetik zövq verəcək. 400 nəfər üçün nəzərdə tutulmuş məkan yüksək səviyyəli xidmətləri ilə sizin qulluğunuza daim hazırdır!

İstirahətinizi gözəl və yaddaqalan keçirmək istəyirsinizsə, “SeaBay”a buyurun!

    Azerbaijani Restaurant, Lounge

   
          Service traiteur
          Convient pour les groupes
          Convient aux enfants
          Tables d'extérieur
          Réservations
          Service de table
          La réservation n'est PAS obligatoire


   994502530060

   seabay.az

      Facebook

      Shixovo, Baku, Azerbaijan

  Parking interne, Parking dans la rue, Parking avec voiturier

   
Lundì
11:00-00:45
Mardì
11:00-00:45
Mercredì
11:00-00:45
Jeudì
11:00-00:45
Vendredì
11:00-00:45
Samedì
11:00-00:45
Dimanche
11:00-00:45



   
          


Laissez votre commentaire




"Trouvez votre restaurant en un clic"